Card image cap

ADNSU-da jurnalistika və PR sahəsində təhsil alan rusiyalı tələbələrin azərbaycanlı jurnalistlərlə görüşü təşkil olunub

Oktyabrın 4-də Rusiya Federasiyasının Yuqra Dövlət Universitetinin, Ufa Dövlət Neft Texniki Universitetinin, eləcə də Azərbaycan Respublikasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin qoşulduqları “Neftin yolu” mediaekspedisiyasının üzvlərinin azərbaycanlı jurnalistlərlə görüşü baş tutub.

ADNSU-da təşkil olunmuş görüşdə “Caspian Barrel” İnformasiya portalının baş redaktoru İlham Şaban, “Report” İnformasiya agentliyinin baş redaktorunun müavini İlahə Məmmədli, “Region +” jurnalının baş redaktoru Namiq Mailov, “Region +” jurnalının şöbə müdiri Nurlana Quliyeva, “İnterfax-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Bəhram Rüstəmbəyov jurnalistika və PR sahəsində təhsil alan jurnalistlərlə fikir mübadiləsi aparıblar.

Neft sahəsindəki fəaliyyətlərindən və neft mövzusunun əhəmiyyətindən danışan iştirakçılar hər bir ölkədə jurnalistikanın fərqli və oxşar problemlərini, eləcə də gənc jurnalistlərin neft-qaz sahəsində məlumatlılıqlarının artırılması məsələlərini müzakirə ediblər.