Card image cap

ADNSU-da “Ulu öndər” adlı sənədli filmin nümayişi olub

Oktyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Gənclər və İdman Nazirliyinin və universitetin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Ulu öndər” adlı sənədli filmin nümayişi ilə bağlı tədbir keçirilib.

Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Hüseyn Babayev, universitetin Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə və tələbələr iştirak ediblər.

Öncə dosent Ata Babayev universitetin rektoru, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. Sonra o, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb.  Bildirib ki, Azərbaycanda digər sahələrinin inkişafında olduğu kimi, bugünkü müasir təhsil sisteminin yaradılmasının da əsasının məhs ulu öndər tərəfindən qoyulduğunu tələbələrin diqqətinə çatdırıb.

Sonra “Ulu öndər” adlı sənədli film nümayiş olunub.  Bir neçə dəqiqə davam edən film iştirakçılar tərəfindən böyük maraqla izlənilib.