Card image cap

ADNSU-da "Məndə sığar iki cahan" adlı poeziya günü keçirilib

 

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Nəsimi ili" nə həsr olunmuş "Məndə sığar iki cahan" adlı poeziya günü keçirilib.

Tədbirin qonağı gənc aktyor və qiraətçi Səfa Mehdi olub. Gənc aktyor, istedadlı qiraətçi Səfa Mehdi, söz xəzinəmizi öz əsərləri ilə zənginləçdirən, ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan dahi Azərbaycan şairi Nəsiminin "Oyan", "Ayrılır", "Ağrımaz", "Səfər eylə" və digər qəzəllərini musiqinin müşayəti ilə yüksək səviyyədə, obrazlı şəkildə ifa edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il "Nəsimi ili" elan edilib və bu məqsədlə ölkənin elm, təhsil ocaqlarında bir sıra müxtəlif formalarda mədəni-kütləvi tədbirlər təşkil olunur.