Card image cap

Dünya şöhrətli alim ADNSU-da qeyri-səlis məntiq nəzəriyyəsindən mühazirə oxuyub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kanadanın Alberta və Edmonton universitetlərinin   Hesablama İntellekti üzrə professoru, Polşa Elmlər Akademiyasının və Kanada Kral Cəmiyyətinin üzvü, İngiltərənin Nottingem Universitetinin xüsusi professoru Witold Pedrycz hesablama intellekti üzrə mühazirə oxuyub.

Mühazirədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, magistrlar və yuxarı kurs bakalavrlar iştirak ediblər. Professor Witold Pedrycz qeyri-səlis məntiq nəzəriyyəsinin ideya və prinsipləri, bu nəzəriyyənin digər nəzəriyyələrə təsiri, real təcrübədə effektiv tərəfləri və perspektivlərindən geniş mühazirə oxuyub. Dünyaca məşhur olan professorun qeyri-səlis məntiq nəzəriyyəsi əsasında qurulmuş intellektual sistemlər haqqında fikirləri də dinləyicilər tərəlfindən maraqla qarışlanıb.

Sonda o, mühazirə ilə bağlı sualları cavablandırıb.