Card image cap

ADNSU-nun rektoru Türkiyənin Karabük universitetinin nümayəndə heyətini qəbul edib

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Karabük Universitetinin professorlarını qəbul edib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Karabük Universitetinin professorları - Yavuz Sun, Mehmet Unal, Hayrettin Ahlatçı və digər şəxslər iştirak ediblər.

Professor Mustafa Babanlı qonaqları salamlayaraq universitetin tarixi, fəaliyyəti və elmi nailiyyətləri haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda təhsil sektorunda aparılan isalahatlar ADNSU-da özünü tam doğruldub. Hazırda dünya standartlarına uyğun təhsil qurmuşuq və beynəlxalq əlaqələrə, ayrı-ayrı xarici universitetlərlə qarşılıqlı əməkdaşlığın qurulmasına önəm veririk. Rektor bu baxımdan Türkiyənin Karabük universiteti ilə elmi əlaqələrin qurulması, müştərək layihənin icrası istiqamətində aparılan danışıqların hər iki universitet üçün əhəmiyyətli olacağını vurğulayıb.

Karabük Universiteti Polad Çuqun Tədqiqat İnstitutunun direktoru, professor Yavuz Sun Karabük Universitetində tədris olunan ixtisaslar, universitetin maddi-texniki bazası, beynəlxalq əməkdaşlığı, oradakı tədris prosesi və fakültələr haqqında məlumat verdikdən sonra qarşılıqlı əməkdaşlıq istiqamətində digər iştirakçılarla birlikdə geniş fikir mübadiləsi aparılıb, mühüm layihələr planlaşdırılıb.