Card image cap

ADNSU-da “Next Generation” proqramının təqimatı keçirilib

Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Weatherford” şirkətinin “Next Generation” proqramının təqdimatı keçirilib.

Təqdimatda şirkət və proqram haqqında tələbələrə geniş video təqdimat nümayiş olunub. Şirkətin neft-qaz sənayesindəkı aparıcı rolu və göstərilən xidmətlər haqqında məlumat verilib. Daha sona “Next Generation” proqramının üstünlükləri və gənclər üçün yaradılan iş imkanlarından bəhs olunub.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.