Card image cap

ADNSU tələbələri “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 11-də  Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər. Universitetin tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev və 1670 nəfər tələbəsi aksiyada fəal iştirak ediblər.

Qeyd edək ki, ağac əkilən ərazidə əvvəlcə müvafiq iməcilik işləri aparılıb. Aksiya çərçivəsində ağacların əkilməsi, sulanması, ərazinin tullantılardan təmizlənməsi ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb. Bununla yanaşı “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında da ağacların əkilməsi nəzərdə tutulub.