Card image cap

ADNSU nümayəndə heyəti “Caspian Ecology 2019” sərgisində iştirak edib

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllim və tələbə heyəti “Caspian Ecology 2019” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edib. 3gün keçirilən sərgi müddətində ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev və tələbələr sərgini ziyarət edib və stendlərlə tanış olublar.

Qeyd edək ki, 13-15 noyabr tarixlərində Bakı Expo Mərkəzində beynəlxalq və yerli şirkətlərin, həmçinin dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə X Beynəlxalq Ətraf Mühit Sərgisi ("Caspian Ecology 2019") keçirilib.