Card image cap

ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında elmi seminar keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında universitetin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Kafedra müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev seminarı açıq elan etdikdn sonra kafedranın dosenti Elnur Xəlilov “Akustik potensialların törəməsi üçün kubatur düsturu” mövzusunda çıxış edib.

Daha sonra mövzu ilə bağlı kafedra əməkdaşlarının sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, helmholts tənliyi üçün qoyulmuş sərhəd məsələlərinin həll üsullarından biri inteqral tənliklər üsuludur. Həmin tənliklərin dəqiq həllini bir çox hallarda tapmaq mümkün olmadığından bu tənliklərin təqribi həllinin tapılması məsələsi ortaya çıxır.