Card image cap

ADNSU-da doktorantlarla bağlı ilin ən böyük seminarı keçirilib

          

          Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Machine Learning əsasında verilənlərin emalı" mövzusunda doktorantlarla bağlı ilin ən böyük seminarı keçirilib.

          Seminarı giriş sözü ilə açan ADNSU-nun doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova universitetdə fəaliyyət göstərən dissertasiya şuraları, dissertasiyalar üzrə  nəşrlərə olan yeni tələblər, həmçinin doktorant və dissertantların attestasiyasının keçirilməsi qaydasındakı yeniliklər barədə tədbir iştirakçılarına məlumat verib. Universitet rəhbərliyinin doktorantların vaxtında müdafiə etmələri istiqamətində gördüyü işlər haqqında danışan L.Qardaşova universitetdə vebinarlarda və doktorantların seminarlarında iştirak edənlərin sayının artdığını diqqətə çatıraraq, onların apardığı maraqlı müzakirələrin elmə marağı artırdığını deyib. .

            Sonra  doktorant Eldar Zeynallı çıxış edərək, Machine Learning in obrazların tanınması və iqtisadiyyatda tətbiqinə aid məsələlərin kompüter simulyasiyası haqqında əyani misallar göstərib. Çıxışın sonunda doktorantların sualları cavablandırılıb.

            Doktorantın elmi rəhbəri professor L.Qardaşova müzakirə olunan mövzu barədə danışaraq mövzunun tətbiq sahələri haqqında ətraflı məlumat verib.

            Sonda Elmi işlər üzrə prorektor, professor Rauf Əliyarov doktorantlara öz tövsiyələrini verib, daha çox çalışmalı olduqlarını və universitetdə olan imkanlardan maksimum yararlanmaq lazım olduğunu qeyd edib.