Card image cap

Bakı Neft-Energetika Kollecində dezinfeksiya işləri aparılıb

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində koronavirus epidemiyasının yayılmasına qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb.

Sabunçu Rayon Dezinfeksiya şöbəsinin əməkdaşlarının həyata keçirdiyi dərmənlama prosesi müqavilə əsasında icra edilib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq digər təhsil müəssisələrində olduğu kimi, mart ayının 3-dən 10-dək Bakı Neft-Energetika Kollecində də dərslər təxirə salınıb. Bu gün plana uyğun olaraq kollecdə koronavirus epidemiyasının yarada biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə qabaqlayıcı təhlükəsiszlik tədbirləri görülüb. Dezinfeksiya işləri kollecin hər iki  korpusunda aparılıb. Tədris binasının həyəti, giriş-çıxışı, sinif otaqları, dəhlizlər və digər yardımçı otaqlar dezinfeksiya olunub.

Qeyd edək ki,  ADNSU-nun nəzdində fəaliyyət göstərən bu kollecdə hazırda 1250-dən artıq gənc təhsil alır. Onların təlim-tərbiyəsi və tədrislə 159 müəllim və inzibati heyət məşğul olur. 9 ixtisas və 12 fənn birləşməsi üzrə tədris aparılan kollecdə 28 sinif otağı, 24 fənn kabineti, 8 laboratoriya  və 2 emelatxana fəaliyyət göstərir. Bu gün başlayan virus əleyhinə dərmanlama işləri qarşıdakı qeyri-tədris günlərində də davam etdiriləcək.