Card image cap

ADNSU-da onlayn tədris dərslərin 100%-ni, tələbə kontingenitinin isə 86%-ni təşkil edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) martın 29-dan etibarən başlanmış onlayn tədrisin əhatə dairəsi aprelin 3-dən magistratura pilləsində təhsil alan gənclərin də prosesə cəlb edilməsi tələbələrin ümumi sayının 85,5%-ni, dərslərin isə 100%-ni təşkil edib. Digər tələbələrin də onlayn tədrisə cəlb edilməsi üzərində işlər davam etdirilir.

Xatırladaq ki, respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar ADNSU-da E-tədris cədvəli tərtib olunub və martın 29-dan onlayn tədrisə start verilib.

ADNSU -nun 2019/2020-ci tədris ilinin yaz semestrin onlayn tədris prosesinin statistikasına  görə  universitet üzrə bakalavr pilləsində əyani şöbədə I,II və III kursda təsil alan 7777 nəfər, qiyabi şöbədə 317, II ali təhsil üzrə 1091 nəfər, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransiz Universitetində (UFAZ) 538 nəfər, magistratura pilləsində isə ümumilikdə 608 nəfər (I kurs magistrlər – 573 nəfər və TEMPUS proqramı üzrə - 35 nəfər) onlayn tədrisə cəlb olunub.

Qeyd edək ki, onlayn dərslər mühazirə və məşğələ formatında (laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında) aparılır.

ADNSU-da onlayn tədrisin təşkili ilə əlaqədar tələbələri maraqlandıran sualların cavablandırılmasını, mümkün problem və anlaşılmazlıqlarındərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub. ADNSU-nun (070) 493 45 57 telefon nömrəsi saat 08:30-dan 18:00-dək “qaynar xətt” rejimində işləyir.