Card image cap

ADNSU-da onlayn “MAGnUS Yay Məktəbi” keçiriləcək

20.07.2020-24.07.2020 tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində online “MAGnUS Yay Məktəbi” keçirəcək.

Online “MAGnUS Yay Məktəbi”ndə iştirak etmək istəyən ADNSU bakalavr tələbələrindən CV və motivasiya məktublarını aşağıda göstərilən elektron adreslərə göndərmələri xahiş olunur: elviz.ismayilov@gmail.coml.naghiyeva@asoiu.edu.az

Son müraciət tarixi: 15.07.2020

Yalnız proqramın tələblərinə cavab verən tələbələrlə əlaqə saxlanılacaq