Card image cap

ADNSU-nun rektoru Xəzər Enerji Forumunda məruzə ilə çıxış edib

Dekabrın 8-də Rusiya Federasiyasının Xarici İşlər, Təbiət, Energetika, İqtisadi İnkişaf nazirlikləri, Rossotrudniçestvo aqentliyi, Rusiya Elmlər Akademiyası (REA) və Ticarət-Sənaye Palatasının təşkilatçılığı və iştirakı ilə baş tutan “Xəzər dialoqu” Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Xəzər energetikasının inkişafı – innovativ əməkdaşlığın istiqamətləri” adlı Xəzər Enerji Forumu keçirilib.

“Xəzər enerji forumu-2020”-nin əsas məqsədi 2018-ci ilin avqustunda Avazada imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya və Xəzəryanı ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş əsasında Xəzər regionu ölkələrinin enerji sahəsində səmərəli əməkdaşlığının inkişafına təkan verməkdir.

Forumda ekoloji vəziyyət, Xəzəryanı ölkələrin sənaye və enerji kompleksi obyektlərinin monitorinqi və texnoloji modernləşmə perspektivləri, geologiya və geofizika, habelə karbohidrogen ehtiyatlarının hasilatı və nəqlində texnologiya innovasiyalarının tətbiqi kimi məsələlər geniş müzakirə edilib.

Beynalxalq forumda müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakçıları Rusiya Enerji Nazirliyinin nəzdində fəaliyyət göstərən "Rusiya Enerji Agentliyi" nin baş direktorunun müavini A.İ.Bednov, “Xəzərin Elmi və İnnovasiyası” Şurasinın Rəyasət Heyətinin sədri, Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri V. İ. Kalyujnıy, Rusiya Elmlər Akademiyasının akademiki, REA Neft və Qaz Problemləri İnstitutunun elmi direktoru A.N.Dmitrievskiy, AMEA-nın birinci vitse-prezidenti  akademik İbrahim Quliyev, ADNSU-nun rektoru professor Mustafa Babanlı və başqaları iştirak ediblər. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Forumda “Müasir dövrdə neft-qaz kompleksi üçün kadr hazırlığı” mövzusunda məruzə ilə çıxış edib.