Card image cap

Vətən Müharibəsində şanlı qələbə daha qüdrətli Azərbaycanın qurulması üçün unikal imkanlar açıb – professor Mustafa Babanlı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfransda iştirak edib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov möhtəşəm Zəfərimizin əsas səbəbkarı olan Prezident, Ali Baş Komandanımız, YAP-ın sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək bu münasibətlə dövlətimizin başçısını təbrik edib. O Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri tariximizin ən mühüm hadisələrindən biri kimi səciyyələndirib. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb.Tədbirdə çıxış edən digər natiqlər də xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inamı sayəsində Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımızın 44 gün ərzində işğaldan azad olunduğu vurğulanıb. Tədbirdə qeyd olunub ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, bütövlükdə Cənubi Qafqazda sülh və firavanlıq, Azərbaycanın bundan sonrakı istər iqtisadi inkişafı, istərsə də beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradıb. Dekabrın 23-də YAP Nəsimi rayon təşkilatı rayon fəallarının iştirakı ilə “Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsi tariximizin şərəf, ləyaqət, qürur səhifəsi: Ali Baş Komandan İlham Əliyev” mövzusunda video-konfransda da iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı zəfərin tarixi əhəmiyyətindən danışıb. Bu qələbənin Azərbaycan Respublikası Prezidenti, Ali Baş komandan İlham Əliyev uğurlu siyasətinin nəticəsi olduğunu qeyd edən rektor M.Babanlı dövlət başçısını doğum günü münasibətilə təbrik edib. Azərbaycan prezidentinin məqsədəyönlü fəaliiyəti, prinsipial mövqeyi və xalqın inamına söykənən qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyini söyləyən rektor M. Babanlı qarşıda bizi böyük quruculuq işlərinin gözlədiyini bildirib. O ölkə vətəndaşlarının vahid amal – iqtisadi, hərbi, intellektual baxımdan daha qüdrətli Azərbaycanın qurulması uğrunda səfərbər olmasının əhəmiyyətini vurğulayıb.