Card image cap

ADNSU-nun Elmi Şurasının 2020-ci ilidə son iclası keçirilib

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlayn formatda keçirilən iclasda əvvəlcə koronavirus pandemiyası ilə bağlı son vəziyyət barədə məlumat verib. Rektor tezliklə ölkəyə ən kefiyyətli vaksinlərin gətiriləcəyini qeyd edərək həyatın normal axarına qayıdacağına ümidvar olduğunu və cəmiyyətimizin hər bir üzvünün bu işə öz töhfəsini verməli olduğunu bildirib. ADNSU-da onlayn tədrisin karantin şəraitində maksimal dərəcədə effektiv həyata keçirildiyini söyləyən rektor M.Babanlı hazırda qarşıda duran başlıca vəzifəsinin imtahanların yüksək səviyyədə təşkili olduğunu vurğulayıb.

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov iclasda 2020-2021-ci tədris ilinin payıs semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məruza ilə çıxış edib. Bilidirib ki, Nazirlər Kabineti və Təhsil Nazirliyinin normativləri əsasında təşkil olunacaq və bunun üçün hər bir şərait yaradılıb.

Elmi Şuranın iclasında ADNSU-nun elmi göstəricilərinin Web of Science Core Collection verilənləri üzrə təhlili və gələcək prespektivlər mövzusunda Elm və təhsil analitik mərkəzinin direktoru, dosent Ziya Əliyev geniş məlumat verib. İclasda həmçinin NMF-nın dekanı, dosent Əlihikmət Əhmədovun illik hesabatı və Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti barədə Əcnəbi tələbələrlə iş üzrə dekan, dosent Yaşar Həsənovun məruzələri dinlənilib.

Sonra professor Mustafa Babanlı ADNSU-nun 2021-2030-cu illər üçün qısa, orta uzunmüddətli inkişaf strategiyası: təhsil və tədrisin müasir dövrün tələblərinə uyğunlaşdırılması və beynəlmiləşdirilməsi ilə bağlı Şura üzvlərinə geniş məlumat verib. O inkişaf strategiyasında yer alan müddəaların əsasında universitetin inkişafının təmin olunacağını bildirib.

Rektor ADNSU-nun 2020-2021-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı bir sıra məsələlərə də toxunub. Tələbələrin onlayn dərslərdə iştirak səviyyəsinin 97,6% olduğunu, tələbələrin mütləq əksəriyyətinin aralıq imtahanları və tədimat layihələrini icra etdiyini və yüksək qiymət aldıqlarını qeyd edən rektor, bu statistik göstəricilərin tələbələrin imtahanları müvəffəqiyyətlə verəcəklərinə əminlik yaratdığını vurğulayıb.

İclasda həmçinin “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunması haqqında Prezident İlham Əliyev Fərmanı bir daha iştirakçıların diqqətinə çatdırılıb və dövlət başçısı tərəfindən belə bir sənədin təsdiq olunması ADNSU-nun fəaliyyətinə göstərilən diqqət kimi dəyərləndirilib. İclas zamanı “ADNSU-100” yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının təsdiq edilərək Təhsil Nazirliyi qarşısında vəsadətin qaldırıldığı qeyd olunub. Sonra ADNSU-nun “YAŞAT” fonduna ianə etməsi, eləcə də Vətən Müharibəsində şəhid olanların və qazilərin ailələrinə diqqət və qayğının göstərilməsi işinin koordinasiya edilməsi üçün Elmi Şuranın komissiyasının yaradılması haqqında qərar qəbul olunub.

Elmi Şuranın iclasında gündəlikdə duran daha bir neçə məsələ müzakirə olunub və müvafiq qərarlar verilib. İclasın sonunda rektor M.Babanlı universitetin bütün əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulaylb.