Card image cap

ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında memorandum imzalanıb

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Hindistanın  Mühəndislik və Texnologiya İnstitutu (KPR İnstitute of Engineering and Technology) arasında onlayın formatda memorandum imzalanıb.

Hər iki ölkənin təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı üçün nəzərdə tutulan sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Hindistanın  Mühəndislik və Texnologiya İnstitutunun rektoru, dr.M.Akila imzalayıblar.

Tədbir zamanı ADNSU-nun rektoru, professor Mustafa Babanlı təhsil sahəsində qabaqcıl universitetlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Dr.M.Akila ADNSU-nun fəaliyyəti ilə daha da yaxından tanış olub, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Əməkdaşlıq memorandumunda texniki təhsilin və elmin bütün pillələri üzrə müddəalar öz əksini tapıb.