Card image cap

YÖK rəhbəri Bakıda ali təhsil müəssisələrinin rəhbəri ilə görüşüb

Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) rəhbəri, professor Erol Özvar  ADA universitetində bir neçə  Azərbaycan ali məktəblərinin rektorları ilə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı da iştirak edib.

Professor Erol Özvar görüşdə Türkiyə universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından, perspektivlərdən danışıb və təhsilin inkişafı ilə bağlı bir çox vacib məqamlara toxunub. O, Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasının diqqət çəkdiyini, ölkənin bir neçə qabaqcıl ali təhsil müəssislərəndə müasir texnologiyaların tətbiqinin təqdirəlayiq olduğunu deyib