Card image cap

ADNSU-da qış imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. 18 yanvar 2022-ci il tarixinədək imtahanlarda iştirak etmiş 98,2% tələbədən 94%-i məqbul, 5,5%-i qeyri-məqbul qiymət alıblar. 0,5% tələbə isə nizam-intizam qaydalarını pozduqlarına görə imtahandan xaric olunub.  İmtahan verən tələbələrin keyfiyyət göstəricisi təxminən 50% təşkil edib, o cümlədən, 19,7% tələbə “A”, 13% “B” və 17% tələbə isə “C” qiyməti alıblar.

Koronavirus pandemiyası ilə mübarizə şəraitində əvvəlki tədris ilinin onlayn formatda keçməsini və dərslərin ənənəvi formatda cari tədris ilindən etibarən bərpa edildiyini nəzərə alsaq, tələbələrin imtahanlarda yüksək nəticələr göstərməsi və statistik göstəricilərin pandemiyadan əvvəlki göstəricilərlə üst-üstə düşməsi müsbət hal olub, ADNSU-da təhsilin keyfiyyətinin pandemiyanın təsirinə minimal səviyyədə məruz qaldığını göstərir.