Card image cap

Azİİ e-Kitab Evində “Əhməd Cavad 130” adlı kitab sərgisi keçirilib

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinnin Azİİ e-Kitab Evində Milli istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Əhməd Cavad 130” adlı kitab sərgisi təşkil olunub.

     Sərgidə görkəmli şair, ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamın mətni, ədibin həyat və yaradıcılığını əks etdirən kitablar, ensiklopediyalar, onun seçilmiş əsərləri, eləcə də haqqında yazılan maraqlı kitablar, qəzet materialları yer alıb.