Card image cap

ADNSU-nun futbol komandası “Qarabağ Kuboku”nun qalibi olub

Dekabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) futbol komandası “Zəfər günü”nə həsr olunmuş mini futbol yarışının qalibi olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı”nın (ATGTİ) təşkilatçılığı ilə “FunniFy - tələbələrin təhsildən kənar əyləncə proqramı” çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən futbol yarışında ümumilikdə 6 universitet, 2 kollec iştirak edib.

Maraqlı mübarizə şəraitində keçən turnirdə “Qarabağ Kuboku”nun ilk oyununda ADNSU-nun “Ağdam” komandası BDU-nun “Füzuli” komandasına yüksək fərqlə qalib gəlib. Final oyununda isə ADNSU-nun futbol komandası Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin “Laçın” komandasına 4:2 hesabı ilə qalib gələrək Qarabağ Kubokunun çempionu olub. Qaliblər kubok və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkili və fiziki bacarıqlarının daha da yaxşılaşdırılamsıdır.