Card image cap

ADNSU ilə Almaniyanın Berlin Humboldt Universiteti arasında əməkdaşlıq genişlənir

İyulun 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın Berlin Humboldt Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ali məktəbin tarixi və universitetin 100 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Almaniya universitetləri ilə əlaqələrdən, həmçinin mübadilə proqramlarından danışan rektor M.Babanlı mövcud əlaqələrin inkişaf etdirilməsinin və tələbə mübadiləsi istiqamətində əməkdaşlığın əhəmiyyətinə toxunub.

Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən Almaniyanın Berlin Humboldt Universitetinin professoru Eva-Maria Auchrektor ADNSU ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. O, həmçinin Erasmus mübadilə proqramı çərçivəsində  Almaniya universitetləri ilə tələbə mübadiləsi və professorların cəlb olunmasının daha geniş müstəviyə keçməsi üçün əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Görüşdə əməkdaşlıq oluna biləcək məsələlər ətrafında müzakirələr aparılıb.