Card image cap

ADNSU-nun Azİİ Elektron Kitab Evində yeni tədris ilinin başlanması ilə bağlı kitab sərgisi açılıb

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin oxucu zallarında kitab sərgisi açılıb. 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə təşkil olunan sərgidə yüzlərlə kitab  açıq rəf üsulu ilə oxucuların istifadəsinə verilib.

Sərigədə kitab evinin bazasına yeni daxil olmuş kitablardan,dövri mətbuatdan və yeni nəşrlərdən ibarət kitablar yer alıb. Bu kitablar Azərbaycan, rus, ingilis və başqa xarici dillərdə olmaqla texniki, ictimai-siyası, bədii və digər sahələri əhatə edir. Sərgi bir ay davam edəcək.