Card image cap

ADNSU-da akademik Azad Mirzəcanzadəyə həsr olunmuş monoqrafiyanın təqdimatı keçirilib

Sentyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Akademik Azad Mirzəcanzadə neft elminin fenomeni” adlı monoqrafiyasının təqdimatı keçirilib. Kitabın müəllifləri texnika elmləri doktoru, professor Eldar Şahbazov və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Qazma və sement məhlulları” laboratoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovdur.

Tədbirdə ADNSU-nun Elm və texnika üzrə prorektoru, professor Rauf Əliyarov, AZİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, monoqrafiyanın müəllifləri, ADNSU-nun Qaz-neft-mədən fakültəsin (QNMF) professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Öncə AZİİ e-kitab evinin direktoru Səlahət Mahmudova məruza ilə çıxış edərək monoqrafiya haqqında iştirakçılara geniş məlumat verib. Sonra professor Eldar Şahbazov, Elçin Kazımov, QNMF-nin dekan müavini Elman İskəndərov öz çıxışlarında akademik Azad Mirzəcanzadənin həyat və yaradıcılığından, Azərbaycanda neft sənayesinin inkişafındakı xidmətlərindən söz açıblar.

Sonda monaqrаfiya kitab evinin bazasına daxil edilib və oxucuların istifadəsinə verilib.