Card image cap

ADNSU-nun rektoru Xantı-Mansi Muxtar Dairəsinin nümayəndə heyəti ilə görüşüb.

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı (ADNSU) Fərman Salmanovun xatirəsinə həsr olunmuş “Neftin yolu” adlı mediaekspedisiya çərçivəsində universitetdə olan Rusiya Federasiyası nümayəndə heyəti ilə görüşüb.

Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov və Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskayanın da iştirak etdikləri görüşdə professor Mustafa Babanlı görkəmli geoloq ADNSU-da F.Salmanovun adına Elm və Tədris Mərkəzinin açılmasının və layihənin bir hissəsi olmanın universitet üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Rektor M.Babanlı F. Salmanovun barelyefini universitetə hədiyyə etdikləri üçün nümayəndə heyətinə təşəkkürünü bildirib və əfsanəvi azərbaycanlı geoloqun, xatirəsinin universitetdə hər zaman əziz tutulduğunu qeyd edib.  

Yuqra Dövlət Universitetinin (YDU) rektoru Tatyana Karminskaya ADNSU-da F.Salmanov adına müasir standartlara uyğun Elm və Tədris Mərkəzinin açılışını yüksək qiynmətləndirib və təntənəli açılış mərasiminə və mediaekspedisiya iştirakçılarına göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.  Görüşdə ADNSU ilə Yuqra Dövlət Universiteti arasında əməkdaşlığın genişləndirilməsi və yeni layihələri həyata keçirilməsinə dair müzakirələr aparılıb.