Tədris-metodiki Şöbə
Tədris-metodiki Şöbə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) struktur bölməsi olmaqla tədris prosesinin koordinasiyasını, planlanlaşdırılmasını, təşkilini və nəzarətini yerinə yetirir.
Tədris-metodiki şöbənin fəaliyyətinin əsas istiqamətləri
Hər tədris ilinin əvvəlində Dövlət İmtahan Mərkəzindən (DİM) alınmış əmrlər əsasında ADNSU-ya bakalavriat və magistratura səviyyələrinin I kursuna qəbul olunmuş tələbələrin əmrlərinin hazırlanması və onların şəxsi işlərinin dekanlıqlardan qəbulu, onlara aid əmrlərin işlənib şəxsi işlərinə daxil edilməsi;
Dərs cədvəllərinin hazırlanması və dərslərin gedişatına nəzarət;
Tədris ili üçün dərs yükünün planlaşdırılması, bölgüsü və yerinə yetirilməsinə nəzarət;
Tədris prosesi və tələbələrə təqaüd verilməsi ilə bağlı əmrlərin hazırlanması;
Tələbələr sırasından xaric olunma, bərpa, köçürülmə, ixtisas dəyişmə, təkrar kursda saxlanılma, akademik məzuniyyət verilməsi və məzuniyyətdən qayıtmaqla bağlı sənədlərin hazırlanması və əmrləşdirilməsi;
Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkili, onların keçirilməsi üçün müəssisələrlə müqavilələrin bağlanması, təcrübə əmrlərinin hazırlanması;
Tələbələrin hərbi qeydiyyatı, bununla bağlı müvafiq forma və məlumatların, əmrlərdən çıxarışların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şöbələrinə göndərilməsi;
İmtahan sessiyalarının keçirilməsi və akademik borcların ləğvinin təşkili;
Bakalavr buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi ilə bağlı təşkilati işlərin görülməsi;
ADNSU-nu bitirən məzunlar haqqında hesabatın hazırlanması, ali təhsil haqqında diplom və diploma əlavələrin, akademik transkriptlərin alınması, tərtibatı, qeydiyyatı və verilməsi;
Dublikat diplomların verilməsi üçün lazımi sənədlərin toplanması və müvafiq komissiyada baxıldıqdan sonra əmrləşdirilməsi;
İllik statistik hesabatların hazırlanması;
Dəftərxanadan icra üçün daxil olmuş sənədlərin qeydiyyatının aparılması, icrasına nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi;
İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif səpkili ərizələrə, məktublara cavab hazırlanması.
Şöbə müdiri
t.e.n., dos. Lətifə Məmmədova
Əlaqə
Tel: +994 12 493 28 46
E-poçt: mammadova@asoiu.edu.az