UNILAB

 

 

More info can be found on the project website

 

ADNSU- Unilab layihəsi çərçivəsində onlayn konfransda iştirak edib

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirakçısı olduğu Unilab layihəsi çərçivəsində sentyabrın 22-23-də onlayn “study visit” keçirilib. Layihədə iştirak edən partnyor universitetlər tələbələrlə karyera qurmaq imkanları haqqında öz təcrübələrini bölüşüb və müzakirələr aparıblar.

İki gün davam edən onlayn konfransda ADNSU-nun tələbə və müəllimləri iştirak edib, xarici mentorlarla fikir mübadiləsi aparılıb.

 

 

ASOIU joins the Internatinal "Unilab" project

 

 

From January 1, 2020, within the framework of the Erasmus + KA2 program funded by the European Union, in which the Azerbaijan State University of Oil and Industry (ADNSU) is a participant, UniLab will hold a seminar on step ”project.

The main goal of the UniLab (University - Labor Market) project is to contribute to the modernization of the higher education sector in three partner countries within the community - Azerbaijan, Belarus and Russia.

Main direction: To take steps for the expansion of partnerships between stakeholders and universities and the development of graduates, taking advantage of the experience of EU Program partners and using their strategies in this area.

Employment strategy: support policy to promote work-based learning (WBL), legal framework and innovative practices, development and implementation of the UniLab model.

Participants:

 

Coordinator - EUCEN Belgium and Barcelona School of Management - Universitat Pompeo Fabra (Spain)

Azerbaijan: 1) Azerbaijan State University of Oil and Industry

                       2) Khazar University

Russia: 1) Lomonosov Moscow State University

                       2) Almateyevsk Petroleum Institute

                       3) Orenburg State University

                       4) Siberian Federal University

                        

Belarus: 1) Gomel State University

                         2) Mogilev State University

 

Program countries universities:

                        1) IMC Fachhochschule Krems (Austria)

                        2) Universite de Lille (France)

Notably, the meeting was organized by the project coordinator - EUCEN Organization and Pompeau Fabra University in Barcelona, Spain on March 10-12. At the meeting ASOIU was represented by Vice-Rector for International Relations, Associate Professor Rafig Jamalov and Director of Public Relations and Marketing Nazarov Bahruz.

 

 

ADNSU -da iştirakçısı olduğu Unilab layihəsi çərçivəsində onlayn “study visit” keçirilib

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirakçısı olduğu Unilab layihəsi çərçivəsində sentyabrın 22-23-də onlayn “study visit” keçirilib.

Mektebgushesi.az-ın məlumatına görə, layihədə iştirak edən partnyor universitetlər tələbələrlə karyera qurmaq imkanları haqqında öz təcrübələrini bölüşüb və müzakirələr aparıblar.

İki gün davam edən onlayn konfransda ADNSU-nun tələbə və müəllimləri iştirak edib, xarici mentorlarla fikir mübadiləsi aparılıb.

 

 

 

Dövlət Neft və Sənaye Universitetinin tərəfdaş olduğu layihə çərçivəsində onlayn beynəlxalq konfrans keçirilib

 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Xəzər Universitetinin təşkilatçılığı ilə UniLab layihəsi çərçivəsində “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual beynəlxalq konfrans keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı universitetlər və kompaniyaların əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Açılış hissədən və iki plenar sessiyadan ibarət onlayn konfransın birinci bölməsində Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, Azərbaycan Respublikası Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdir müavini Vüsal Musayev iştirak ediblər.

Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVID-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilən konfransda universitetlər, onların qarşılıqlı elmi əlaqələri, çətinliklər və perspektivlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Konfransa, həmçinin SOCAR, “Azərişıq” ASC, “AzerGold” QSC, “Data SoCool”, “Bakı Abadlıq” MMC, VTB bank, Xəzər Universiteti eLink Tədqiqat və İnkişaf Mərkəzindən, “Turan Drilling &Engineering” şirkətindən spikerlər qatılıblar.

Qeyd edək ki, ADNSU-nun da tərəfdaş olduğu UniLab layihəsində Pompeu Fabra (İspaniya), Lille (Fransa), Krems (Avstriya), Qomel Dövlət, Mogilyov Dövlət (Belarus) universitetləri, Orenburq, Sibir, M.Lomonosov adına Moskva Dövlət universitetləri və Almeteyvsk Neft Universitetinin (Rusiya) nümayəndələri iştirak edirlər.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirakçısı olduğu Unilab layihəsi çərçivəsində sentyabrın 22-23-də onlayn “study visit” keçirilib.

 

 

 

AzEdu.az-ın məlumatına görə, layihədə iştirak edən partnyor universitetlər tələbələrlə karyera qurmaq imkanları haqqında öz təcrübələrini bölüşüb və müzakirələr aparıblar.

 

İki gün davam edən onlayn konfransda ADNSU-nun tələbə və müəllimləri iştirak edib, xarici mentorlarla fikir mübadiləsi aparılıb.

 

 

ADNSU “UniLab” layihəsi çərçivəsində növbəti qrup müzakirəsində iştirak edib

 

 

Yanvarın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində növbəti onlayn qrup müzakirəsi keçirilib.

Layihə çərçivəsində görülən və görüləcək işlər, eləcə də layihənin ümumi gedişatına həsr olunmuş görüşdə UniLab layihəsinin vahid prototip modelinin yaradılması məsələsi müzakirə olunub. Bundan başqa layihə koordinatorları UniLab layihəsinin yeni yaradılan prototip modulunun tərəfdaş universitetlər tərəfindən tətbiqi, həmçinin partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar və layihənin saytı geniş müzakirə olunub.

Layihənin koordinatoru Carme Royo UniLab çərçivəsində yaradılan ümumi prototipin  tələbə və işəgötürənlər arasında  əlaqələrin daha da təkmilləşdirməsində xüsusi rol oynayacağını deyib.

Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.

 

 

ADNSU-da UniLab layihəsi çərçivəsində silsilə seminarlar keçirilib

 

 

26 noyabr -24 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində tələbələr üçün silsilə məlumat günləri (seminarlar)  keçirilib.

Seminarlarda ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, Beynəlxalq Əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin İstehsalat Təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov və bütün fakültələrdən olan tələbələr iştirak ediblər.

Seminarlarda UniLab layihəsinin mahiyyəti, məqsədi, layihə çərçivəsində görülən işlər haqqında təqdimat nümayiş olunub. Həmçinin beynəlxlaq mübadilə proqramları, ERASMUS Plus haqqında tələbələrə ətraflı məlumat verilib, müraciət qaydaları və tədris prosesi izah edilib. Bunlarla yanaşı tələbələrin təcrübə prosesində qarşılaşdıqları çətinliklər və problemlər müzakirə edilib, tələbələrin təcrübə ilə bağlı fikir və təklifləri dinlənilib. İnteraktiv fomratda keçirilən seminarlarda tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

 

 

ADNSU-da “UniLab” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib

 

 

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib.

Onlayn formatda keçirilən görüşdə layihə çərçivəsində partnyor universitetlər tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib, həmçinin layihə ilə bağlı görüləcək cari işlər, eləcə də partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin tərəfdaşlar “akademik və elmi sahədə inkişaf” və “ Tələbə portalı” haqqında təqdimatla çıxış ediblər. Rusiya və Belorusiya  universitetləri tərəfindən hazırlanan modulların tərcümə edildikdən sonra layihə tərəfdaşlarına təqdim ediləcəyi bildirilib.

 

ADNSU “UniLab” portalının təqdimatında iştirak edib

 

 

Sentyabrın 22-23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iştirak etdiyi  (ADNSU) “UniLab” layihəsi çərçivəsində Avstriyanın Krems Universiteti  tərəfindən yaradılan “UniLab” portalının təqdimatı keçirilib.  

Partnyor universitetlərin iştirak etdiyi onlayn görüşdə  ADNSU-nun əməkdaşları və tələbələr də  iştirak edib. Təqdimatda yeni yaradılan  portalın partnyor universitetlər, həmçinin şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib  və iştirakçıların təklifləri dinlənilib.

Qeyd edək ki,  “UniLab” portalı universitetlərlə şirkətləri bir araya gətirən vahid bir platforma kimi  tələbələrə ixtisasları üzrə təcrübə və iş imkanları haqqında məlumat əldə etmək, şirkətlərə isə vakansiyalarla bağlı məlumat paylaşmaq imkanı yaradır.  Portalda yerləşdirilən bütün beynəlxalq təcrübə və iş elanlarına ADNSU tələbələri də müraciət edə bilərlər.

 

ADNSU-da “UniLab” layihəsi çərçivəsində növbəti “Focus Group Discussion” keçirilib

 

 

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə  “UniLab” layihəsi çərçivəsində növbəti onlayn “Focus Group Discussion” keçirilib.

“Azərgold” QSC, “Azərişıq” ASC, “Ömür” Hospitalı, “Azərbaycan Dəmir Yolları” QSC, CBM Engineering, “Azərenerji”ASC, “Bakı Abadlıq Xidməti” MMC və “Bioloji Təbabət” klinikası kimi ADNSU-nun əməkdaşlıq etdiyi dövlət və özəl müəssisələrin iştirak etdiyi onlayn müzakirədə müəssisələr, onların fəaliyyət istiqamətləri, əməkdaşlıq  əlaqələri, həmçinin, müəssisələrin təcrübə imkanları, tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması və  eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi mövzulardan danışılıb.

Konfransı giriş sözü ilə açan ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova iştirakçıları salamlayaraq layihənin məqsədi və əsas istiqamətləri haqqında məlumat verib.

ADNSU ilə əməkdaşlıqdan danışan “Azərgold” QSC-nin İnsan Resursları üzrə baş mütəxəssisi Valid Əliyev təcrübə proqramları haqqında təqdimatla çıxış edərək, tələbələrin praktiki vərdişlərə yiyələnməsində universitetlərlə birgə iş aparılmasının vacibliyinə toxunub.

“Azərenerji”ASC-nin İnsan Resurları Departamentinin mütəxəssisi Turan Bədəlov tələbələrin təcrübə proqramlarına cəlb edilməsi üçün universitetlə mövcud müqavilədən söz açıb, həmçinin məzunlara yaradılan yeni iş imkanlarından danışıb.

Azərbaycan Dəmir Yolları QSC-nin Karyera İdarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Dilbər Xəlilova təcrübə proqramları haqqında təqdimatla çıxış edərək, əsas məqəsədin  gəncləri iş prosesində yeni texnologiyalarla tanış etmək, elmi-tədqiqata cəlb etmək və digər kommunikativ vərdişlər aşılamaq olduğunu bildirib.  

Digər şirkət nümayəndələri də çıxışlarında universitetlərlə mövcud əməkdaşlıqdan, təcrübə ilə bağlı birgə iş aparılmasının vacibliyindən danışıb, həmçinin müasir əmək bazarının tələblərindən, eləcəd də tələbə və məzunlar üçün yaradılan təcrübə və iş imkanları haqqında təqdimatla çıxış ediblər.   

Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.

 

ADNSU-nun iştirak etdiyi beynəlxalq layihələr çərçivəsində hesabat görüşü keçirilib

 

 

Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Erasmus+ layihəsi çərçivəsində xaricdə səfərdə olan əməkdaşların hesabat görüşü keçirilib.

Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, dekanlar, kafedra müdirləri, həmçinin universitetin professor-müəllim heyəti iştirak ediblər.

“Xarici dillər” kafedrasının müəllimi Gülşən Əliyeva Erasmus+ proqramı çərçivəsində İspaniyaya səfəri və  Alkala Universitetində English- II (Advanced) fənninin tədrisi ilə bağlı geniş hesabatla çıxış edib. O, ezamiyyətdə olduğu müddətdə keçirdiyi tədris prosesi, qiymətləndirmə meyarları və digər mövzular haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonra Beyəlxalq layihələr sektorunun müdiri, Leyla Nağıyeva “UniLab” layihəsi çərçivəsində Fransanın Lille Universitetində tərəfdaş universitetlərlə keçirilən görüşlərlə bağlı hesabatla çıxış edərək, layihənin məqsədi, layihə müddətində keçirilən görüşlər, tərəfdaş universitetlər və qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.

Daha sonra ADNSU-nun rektorunun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev 7-11 mart tarixlərində İspaniyanın Bilbao şəhərində Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində keçirilən "T4T” (Train-the-Trainer) beynəlxalq təlim həftəsindən və yeni layihələrdən danışıb.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrində tədrisdə innovasiyaların tətbiqi, həmçinin təcrübə ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

ADNSU əməkdaşları beynəlxalq layihə çərçivəsində Fransada olub

 

Martın 14-19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də iştirak etdiyi (ADNSU) “UniLab” layihəsi çərçivəsində Fransanın Lille Universitetində tərəfdaş universitetlərlə görüşlər keçirilib.

Avstriya, İspaniya, Böyük Britaniya və digər ölkələrin partnyor universietlərindən olan nümayəndələrin iştirak etdiyi görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini,dosent Ülviyyə Abbasova, Beynəlxalq Əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin İctimaiyyətlə Əlaqələr üzrə menceri Günel Tağıyeva iştirak ediblər.

4 gün davam edən görüşlərdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, qarşıda duran məsələlər müzakirə edilib, həmçinin layihə ilə bağlı görüləcək cari işlər, eləcə də partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb, tərəfdaş universitetlərin şirkətlərdə təcrübə imkanları və karyera mərkəzləri haqqında fərdi təcrübələrindən danışılıb.

Görüş çərçivəsində həmçinin Avstriyanın Krems Universiteti  tərəfindən yaradılan “UniLab” portalının təqdimatı keçirilib. Portalın iş prinspi, əhəmiyyəti və istifadə imkanları iştirakçılara izah edilib. Təqdimatda həmçinin yeni portalın partnyor universitetlər, həmçinin şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib və iştirakçıların təklifləri dinlənilib. Görüşdə həmçinin tərəfdaşlar “akademik və elmi sahədə inkişaf” və “Tələbə portalı” haqqında təqdimatla çıxış ediblər. Sonda partnyor universitetlərlə şirkətlərin əməkdaşlığ imkanları, həmçinin birgə təlim və treninqlərin keçirilməsinin vacibliyi qeyd edilib. Həmçinin bəzi tərəfdaş universitetlərin tələbə və məzunlarının şirkətlərə təcrübəyə cəlb olunması və işlə təmin olunması istiqamətindəki çatışmazlıqlara toxunulub və mövcud problemlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Bundan əlavə görüş çərçivəsində iştirakçılar Lille Universitetinin laboratoriyaları, kitabxana və auditoriyalarında olub, süni intellekt və yüksək texnologiyalar üzrə elmi mərkəz və  digər tədqiqat mərkəzləri ilə tanış olublar.

Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın 1-dən etibarən qoşulub.