WORK4CE

 

ADNSU Avropa Birliyinin “WORK4CE” layihəsinə qoşulub

 

 

 

 

Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvü olduğu Avropa Birliyi tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinin onlayn başlanğıc  görüşü (kikc-off meeting) keçirilib.

 

Görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə preroktoru,  dosent Rafiq Camalov, Beynəlxalq Əlaqələr üzrə prorektorun müavini  Ülviyyə Abbasova və Beynəlxalq layihələr üzrə koordinator Leyla Nağıyeva iştirak ediblər.

 

Gün boyu davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış  edərək, layihə haqqında fikir mübadiləsi aparıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

 

Qeyd edək ki, “WORK4CE” layihəsinə üzv olan ölkələr: Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin əsas məqsədi tələbə və məzunların işə düzəldilməsini yaxşılaşdırmaq üçün rəqəmsal dövrdə universitet-müəssisə əməkdaşlığının yeni formalarını inkişaf etdirmək məqsədi daşıyır.  Layihənin digər məqsədi isə, mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğu aradan qaldırmasını nəzərdə tutur.

 

 

ADNSU Avropa Birliyinin “WORK4CE” layihəsinə qoşulub

 

 

 

11-12 Oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvü olduğu “WORK4CE” layihəsi çərçivəsində layihənin koordinatoru olan Fachoshule Dortmund universitetinin təşkilatşılığı ilə hibrid formada layihənin işçi görüşü keçirilib.

 

Görüşdə ADNSU-nun İT və innovasiyalar üzrə rektorun müşaviri Rasim Abdullayev,  Beynəlxalq layihələr üzrə koordinator Leyla Nağıyeva, Kompüter mühəndisliyi kafedrasının müdiri Nazilə Rəhimova, Kompüter mühəndisliyi kafedrasının müəllimləri Yaşar Hacıyev və İlqar Rzayev iştirak ediblər.

 

İki gün davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış  edərək, layihə haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

 

Qeyd edək ki, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə üzv olan ölkələr: Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğu aradan qaldırmasını nəzərdə tutur.

 

 

ASOIU participates in international training within the framework of the Erasmus + project

 

 

15-19 Noyabr tarixlərində Erasmus+ Layihəsi çərçivəsində Almaniyanın Dortmund Universitetinin  akademik heyət üçün Layihə və İnnovasiyaların İdarə Edilməsi üzrə Avropa Tərəfdaşlığı təlim həftəsi keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "WORK4CE" Erasmus+ Layihəsinin üzvü kimi həmin beynəlxalq təlimdə təmsil olunub.

 

Erasmus+ Layihəsi çərçivəsində Dortmund Universitetinin təşkil etdiyi “T4T” adlı təlimdə Rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, universitetin Kompüter mühəndisliyi kafedrasının professorları Yaşar Hacıyev və İlqar Rzayev iştirak ediblər.

 

Təlimdə iştirakçılara çevik layihə idarəetməsi və Jira, Confluence və Microsoft Komandalarından istifadə, eləcə də Açıq Təcrübə İcmalarının birgə yaradılması haqqında fikirlər irli sürülüb və geniş məlumat verilib.  Təlimdə WORK4CE layihələrinin Azərbaycan, Ukrayna, Fələstin, Belçika, İspaniya, Norveç, Qazaxıstan və Almaniyadan olan həmkarları bilik və təcrübə mübadiləsi məqsədilə iştirak ediblər.

 

ADNSU əməkdaşları İspaniyada “T4T” təlim həftəsində iştirak ediblər

 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları martın 7-11-də İspaniyanın Bilbao şəhərində Erasmus+ Work4CE konsorsium layihəsi çərçivəsində keçirilən "T4T” (Train-the-Trainer) beynəlxalq təlim həftəsində iştirak ediblər. Təlimlərdə rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, universitetin Kompüter mühəndisliyi kafedrasının professorları Yaşar Hacıyev və İlqar Rzayev iştirk ediblər.

Qeyd edək ki, 2020-ci ildə başlanmış və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İşçi Qüvvəsi 4.0”) hədəfinə xidmət edir. ADNSU nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin təşkilatçısı Bask Ölkəsinin Universiteti (Universidad del Pais Vasco - UPV) və xüsusilə onun Mühəndislik fakültəsi olub.