Qaz-neft-mədən fakültəsi

Qısa tarixi arayış

 

ADNSU-nun aparıcı fakültələrindən biri olan Qaz-neft-mədən fakültəsində kadr hazırlığı 1920-cı ildən həyata keçirilir. 1920-1930-cu illərdə fakültə “Neft-sənaye”, 1930-1936-cı illərdə “Dağ-mədən”, 1936-1940-cı illərdə “Dağ-mədən və neft texnologiyası”, 1940-1979-cu illərdə “Neft-mədən” adlandırılıb. 1979-cu ildən isə “Qaz-neft-mədən” fakültəsi adı altında fəaliyyət göstərir. Fakültənin inkişafında ADNSU-ya müxtəlif vaxtlarda rəhbərlik etmiş rektorların, görkəmli alimlər akademik L.S. Leybenzon, N.S. Uspenskiy, A.R. Serebrovskiy, professor B.S. Dobrovskiy, akademiklər A.X. Mirzəcanzadə, S.M. Quliyev, M.P. Quluzadə, professorlar M.V. Abromoviç, Q.A. İbatulov, K.B. Şahbazbəyov, Z.M. Əhmədov və başqalarının fəal iştirakı və köməyi olub.

 

Yarandığı gündən fakültədə 23000-dən çox neftçi-mühəndis kadrları, 5000-dən çox bakalavr və 500-dək magistr hazırlanıb.

 

Fakültənin cari strukturu və təhsil pillələri üzrə fəaliyyəti

 

ADNSU-da aparılan məqsədyönlü və ciddi islahatların tərkib hissəsi olaraq fakültə və onun kafedralarında struktur dəyişikliklər edilib, ilk dəfə olaraq azərbaycan və rus bölmələri ilə yanaşı ingilis dilində kadr hazırlığına başlanıb. Belə ki, 2016/2017-ci tədris ilindən başlayaraq prioritet ixtisas olan “Neft-qaz mühəndisliyi” 2019/2020-ci ildən isə həm də “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisası üzrə ingilis dilində kadr hazırlığı aparılır.

 

Hazırda fakültədə aşağıdakı kafedralar fəaliyyət göstərir

  

  • Neft-qaz mühəndisliyi
  • Neftin, qazın nəqli və saxlanması
  • Sənaye təhlükəsizliyi və əmək mühafizəsi
  • Azərbaycan dili

 

Fakültədə kredit sistemi ilə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır. Fakültənin kadr hazırlığı aparılan ixtisasları cədvəldə göstərilib.

 

  • 050606 – “Neft-qaz mühəndisliyi”
  • 050607 – “Neft-qaz qurğuları mühəndisliyi”
  • 050651 – “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
  • 050658 – “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”
 
Kafedralarİxtisaslar (şifri və adı)
Neft-qaz mühəndisliyi050606 – “Neft-qaz mühəndisliyi”
Neftin, qazın nəqli və saxlanması

050607 – “Neft-qaz qurğuları mühəndisliyi”

050658 – “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”

Sənaye təhlükəsizliyi və əmək mühafizəsi050651 – “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”

 

Fakültənin əməkdaşlarının ümumi sayı 114 nəfərdən, o cümlədən 12 professor, 49 dosent, 7 baş müəllim, 5 müəllim, 16 assistent və 25 tədris-köməkçi heyətdən ibarətdir.

 

Fakütədə təhsilin 3-cü pilləsində doktorontura və dissertantura xətti ilə 35 nəfər texnika üzrə fəlsəfə doktoru, 34 nəfər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün təhsil alır. Onlardan 16-sı 2525.01 “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası, 9 nəfəri 2523.01 “Quyuların qazılması texnologiyası” ixtisası, 13 nəfəri isə 3354.01 “Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı” ixtisası üzrə təhsil alır.

 

Hazırda fakültədə, bakalavr pilləsində 1600 tələbə, o cümlədən 119 əcnəbi tələbə təhsil alır. Onlardan 1493 tələbə (110 əcnəbi) əyani, 107 nəfər isə (9 əcnəbi) qiyabi təhsil alır.

 

Qaz-neft-mədən fakültəsinin dekanı

  

t.e.d., professor Qafar İsmayılov 

 

Əlaqə nömrəsi

 

+994 12 498 88 46