Kimya-texnologiya fakültəsi

Ümumi məlumat

 

Fakültədə 1 akademik, 16 professor, 64 dosent, 18 baş müəllim və assistent çalışır. Hazırda Kimya texnologiya fakültəsinin əyani şöbəsində 1012 nəfər, qiyabi şöbədə  5 nəfər təhsil alır.

 

2016-cı ildən ADNSU rektorunun əmri ilə fakültənin nəzdində «Yeni kimyəvi materiallar və texnologiyalar» adlı elmi-tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyaya k.e.d, professor Bağıyev Vaqif Laçın oğlu rəhbərlik edir.

Ümumilikdə fakültədə 13 professor, 4 elmlər doktoru, 68 dosent, 2 assistent və 29 laborant çalışır.

 

Fakültənin tarixi

 

ADNSU-da kimyaçı mühəndislərin hazırlığı 1921-ci ildən kimya şöbəsi kimi «Neft sənayesi» fakültəsində, 1934-ci ildən «Neft texnologiyası», 1940-cı ildən isə «Kimya texnologiyası» fakültəsində həyata keçirilir. Fakültədə yarandığı gündən indiyədək neft emalı və neft-kimya sənayesi üçün 18000-ə yaxın kimyaçı-mühəndis texnoloq hazırlanıb. 1981-ci ildən fakültədə xarici ölkə vətəndaşlarının hazırlığı həyata keçirilir. Ötən illər ərzində dünyanın 54 ölkəsi üçün 332 bakalavr, 326 magistr və 33 elmlər namizədi hazırlanıb.

 

Dekan və müavinlər

 

Kimya-texnologiya fakultəsinin dekanı Məmmədxanova Sevinc Əbdühhəmid qızı

Məmmədxanova Sevinc Əbdühhəmid qızı 1965-ci il iyul ayının 12 –də  Bakı şəhərində anadan olub. 1983-ci ildə Bakı şəhər 240№-li orta məktəbini bitirib. 1987-ci ildə M.Əzizbəyov adına Neft-kimya İnstitutunun Kimya texnologiya fakültəsinin “Əsas üzvi və neft-kimyası sintezinin texnologiyası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, qazın kimyası və emalının texnologiyası” kafedrasının “Neft emalında kataliz” problem laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildə dissertanturaya qəbul olunmuş və 2007-ci ildə kimya elmləri namizədi dissertasiya işi müdafiə etmiş və Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2008-ci il tarixli (protokol №04-K) qərarı ilə kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun İxtisaslaşdırılmış Şurasında kimya üzrə elmlər doktoru dissertasiyasi müdafiə etmişdir. “Neftin qazın emalı və sənaye texnologiyası” kafedrasında professor vəzifəsində çalışmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 may 2015-ci il tarixli (protokol №09-R) qərarı ilə kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. 2003-cü ildən “Neftin qazın emalı və sənaye texnologiyası”kafedrasında assistent, 2007-ci ildən dosent vəzifəsində çalışmışdır. 2016-cı ildən hal-hazıradək isə  bu kafedrada proffessor vəzifəsində çalışır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildən Kimya-Texnologiya fakültəsinin Elmi Şurasının üzvü, fakültə Tələbə Elmi Cəmiyyətinin sədridir. 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun İxtisaslaşdırılmış Şurasının üzvüdür.72 elmi və tədris-metodiki işin, 5 dərs vəsaiti və 4 dərsliyin müəllifidir. Ailəlilidir, 2 övladı var.

 

İxtisaslar

 

2009/2010-cu tədris ilinədək fakültədə: 1. «Kimya-texnologiyası», 2. «Ekologiya və təbiətdən istifadə» və 3. «Həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətləri, 2009/2010-cu tədris ilindən isə 1.»Kimya mühəndisliyi», 2. «Ekologiya mühəndisliyi» və 3. « Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi» ixtisasları və 11 ixtisaslaşma üzrə kredit sistemi ilə bakalavr hazırlığı  həyata keçirilir.Fakültədə 3 istiqamət: 1. «Kimya texnologiyası» 2. «Ekologiya və təbiətdən istifadə» və 3. «Həyat fəaliyyətinin təhlükəsizliyi» istiqamətləri və 3 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir.

 

Fakültənin nəzdində 4 ümumi və 4 ixtisas kafedrası, 7 tədris, 6 problem və Rusiyanın «Lukoyl» firmasının təsisçiliyi ilə «Fizika-kimyəvi  analiz metodları» mərkəzləşdirilmiş laboratoriya fəaliyyət göstərir.

2016-cı ildən fakültədə 2 istiqamət; «Kimya mühəndisliyi» və «Ekologiya mühəndisliyi» ixtisasları üzrə yüksək ixtisaslı mühəndis hazırlanır.

Kafedralar: Mövcud olan 7 kafedra 2016-cı ilin fevral ayından birləşdirilərək:

 

  • «Kimya və qeyri-üzvi maddələrin texnologiyası»
  • «Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası»
  • «Neft-kimya texnologiyası və sənaye ekologiyası» kafedraları yaradılıb.

 

Fakültənin nəzdində həmçinin “İctimai elmlər» kafedrası da fəaliyyət göstərir.

Kimya texnologiya fakültəsində 5 tyutor  və 1 kompüter operatoru fəaliyyət göstərir.

 

  1.  Abbaslı Nemət Ələmdar oğlu
  2.  Məmmədova Gülcənnət Sakit qızı
  3.  Əhmədova Cəmilə Rövşən
  4.  Əhmədova Dinarə Vəlyəddin qızı
  5.  Həsənova Fərqanə Çingiz qızı  

 Kompyuter opreatoru: Abdullayev Rauf Rizvan

 

«Kimya və qeyri-üzvi maddələrin texnologiyası» kafedrasında 43 əməkdaş, o cümlədən 4 professor, 4 elmlər doktoru və 22 dosent, 3 assistent və 14 laborant(tədris köməkçi heyəti), fəaliyyət göstərir.

 

«Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası» kafedrasında 21 əməkdaş, o cümlədən 2 professor və 7 dosent, 3 assistent, 1 baş müəllim və 8 laborant fəaliyyət göstərir.

 

«Neft-kimya texnolgoiyası və sənaye ekologiyasi» kafedrasında 48 əməkdaş, o cümlədən 7 professor, 5 assistent, 24 dosent, 12 laborant çalışır.

 

«İctimai elmlər» kafedrasında 19 əməkdaş, o cümlədən 2 professor və 2 nəfəri elmlər doktoru olmaqla 7 dosent, 4 baş müəllim və 3 müəllimdən ibarətdir. Kafedrada həmçinin 7 əvəzçi müəllim çalışır. Tədris köməkçi heyəti isə 3 nəfərdən ibarətdir.