İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi

Fakültənin tarixi

 

“İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb.

 

Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar.

 

Fakültədə dekan vəzifələrini müxtəlif dövrlərdə ardıcıl olaraq dosentlər İ.Ə.Nəbiyev (1961-1963), H.H.Səmədov (1963-1979), R.Ə.Zeynalov (1979-1993), T.A.Əliyev (2003-2011), R.N.Allahverdiyev (2011-2015), professor İ.M.Abdullayev (1993-2003) icra edib.

 

2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur.

 

Dekan haqqında məlumat

 

Səməd İmaməli oğlu Yusifov Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub. 1966-1971-ci llərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda informasiya-ölçmə texnikası ixtisası üzrə təhsil alıb. 1974-1977-ci illərdə təhsilini Kiyev şəhəri, V.M.Qluşkov adına Kibepnetika institutunda aspiranturada davam etdirib. 1983-cü ildə “Mikroprosessor texnikası” sahəsi üzrə texnika elmləri namizədi dərəcəsi alıb. 55 məqalə və tezisin, 1 ixtira, 7 metodik göstərişin, 1 dərsliyin, YUNESKO üçün “Hesablama texnikasının inkisaf tendensiyaları” mövzusunda hesabatın müəllifidir.

 

Əmək fəaliyyəti

 

1971-1973                 AMEA-nın Kibernetika institutu – mühəndis

1977-1979                 V.M.Qluşkov adına Kibepnetika institutu – böyük mühəndis

1979-1986                 V.M.Qluşkov adına Kibepnetika institutu – kiçik elmi işçi

1986-1988                 V.M.Qluşkov adına Kibepnetika institutu – elmi işçi

1988-1992                 V.M.Qluşkov adına Kibepnetika institutu – böyük elmi işçi

1992-1998                 Azərbaycan Dövlət Neft Akademiyası – dosent

1998-2011                 ADNA –“İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsi magistr təhsili üzrə ictimai əsaslarla dekan

                                 müavini

2011- 2015                ADNA –“İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində dekan müavini

17.11.2015-dən         Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin –“İnformasiya texnologiyaları və idarəetmə”

                                fakültəsinin dekanı

 

 

Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib.

 

Fakültədə 169 nəfər professor-müəllim heyəti, o cümlədən 8 professor, 2 əməkdar professor, 65 dosent, 11  baş müəllim, 39 assistant, 39 nəfər tədris-köməkçi heyəti və 5 nəfər konstruktor bürosu əməkdaşları çalışır. Hazırda fakültədə fəlsəfə doktoru proqramı üzrə 26 doktorant , 30 dissertant və Elmlər doktoru proqramı üzrə 4 doktorant,  7 dissertant elmi işlə məşğul olur.

 

Fakültənin bakalavr səviyyəsində 3017 tələbə - 2962 nəfər əyani, 55 nəfər isə qiyabi şöbədə təhsil alır. İTİF-in nəzdindəki ixtisas kafedralarında magistratura səviyyəsində I kursda 181, II kursda isə 140 nəfər magistrant təhsil alır.

 

Kafedralar:

 

  •  “İdarəetmə və sistemlər mühəndisliyi” (kafedra müdiri, dosent F.H.Ağayev). Bu kafedra “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika, telemexanika və elektronika” kafedralarının  bazasında yaradılıb. Kafedrada “İnformasiya texnologiyaları”, “Elektron qurguları”, “Sensor sistemləri və kontrollerli idarəetmə” kimi tədris laboratoriyaları fəaliyyət göstərir. Bundan başqa ATE NAU LTD-nin yardımı ilə ABŞ-ın “Crestron” .irk’tinin “Bina avtomatlaşdırılması” laboratoriyası yaradılmışdır.

 

  •  “Kompüter mühəndisliyi” (kafedra müdiri, dosent N.Ə.Rəhimova). Kafedra “Avtomatlaşdırılmış idarəetmə sistemləri” və “Kompüter texnologiyaları və proqramlaşdırma” kafedralarının birləşdirilməsi nəticəsində təşkil olunub. Kafedra tədrisi “Rabitə və Yüksək Texnologiyalar” nazirliyinin müəssisələri ilə sıx əlaqədə aparır.

 

  •  “Cihazqayırma mühəndisliyi” (kafedra müdiri, dosent, t.e.d. L.R.Bəkirova). Bu kafedra “İnformasiya-ölçmə və kömpüter texnikası” və “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi” kafedralarının birləşdirilməsi nəticəsində təşkil olunub. Kafedranın nəzdində yeni laboratoriya kompleksi yaradılıb. Tələbələrin, doktorant və dissertantların sərbəst tədqiqat aparmaları və nəticələrinin fiziki maket şəklində təqdim etmələri üçün kafedranın nəzdində “Tələbə konstruktor bürosu” və “Elmi tədqiqat və layihə mərkəzi” fəaliyyət göstərir.

 

  •  “Ümumi və tətbiq riyaziyyat” (kafedra müdiri, professor A.R.Əliyev). Kafedra “Ali riyaziyyat” və “Tətbiqi riyaziyyat” kafedraların bazasında yaradılıb. Kafedranın nəzdində HPC (High Performance Computing) mərkəzi fəaliyyət göstərir.

 

2009-cu ildən başlayaraq fakültədə kredit sisteminin tətbiqi ilə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığına başlanıb:

 

  •  050624 – “Cihazqayırma mühəndisliyi”;
  •  050627 –“ Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”;
  •  050628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”;
  •  050628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (Tempus proqramı);
  •  050629 – “Mexatronika və robototexnika mühəndisliyi”;
  •  050631 – “Kompüter mühəndisliyi”;
  •  050632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”;
  •  050647 – “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”;
  •  050648 – “Biotibbi texnologiya mühəndisliyi”;

2016-cı ildən başlayaraq əlavə olaraq fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr  hazırlığı yerinə yetirilir:

 

  •  050509 –“Kompüter elmləri”;
  •  050655 – “İnformasiya texnologiyaları”;
  •  050656 – “Sistem mühəndisliyi”. 

 

və 2018/2019-cu tədris ilindən başlayaraq:

  • XTB050106 – “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə bakalavr hazırlığı aparılır.

 

İxtisaslar üzrə mütəxəssis hazırlığı Azərbaycan və rus dillərində aparılır.

 

Hal hazırda fakültədə mütəxəssis hazırlığı aparılan 11 ixtisasdan (050629 – “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası müstəsna olmaqla) 10 ixtisasda mütəxəssis hazırlığı azərbaycan, rus və ingilis dillərində aparılır.