AZİİ Elektron Kitab Evi

Sistemə giriş

 

 

Əlaqə nömrəsiE-mailFacebook
+99412 498 75 64library@asoiu.edu.az (şikayət və təkliflərinizi bu elektron ünvana göndərə bilərsiniz)www.facebook.com/ADNSU Azİİ e Kitab Evi

 

Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası 1920-ci ilin noyabr ayında Bakı Politexnik Məktəbinin bazası əsasında yaranıb. Həmin dövrdə kitabxananın kitab fondu 6500 nüsxə, oxucusu isə 300 nəfər olub, həmin illərdən başlayaraq kitabxana fondu rus və azərbaycan dilli kitablarla yanaşı, xarici dillərdə olan kitablarla da  komplektləşdirilir. Hazırda Əsaslı kitabxananın 700 minə yaxın fondu var. Universal Onluq Təsnifat (UOT) üzrə təsnifləşdirilmiş fondun tərkibi zəngin, universal olmaqla yanaşı, texniki, bədii, ictimai-siyasi, iqtisadiyyat, hüquq və digər başqa sahələri əhatə edən  azərbaycan, rus, digər xarici dillərdə olan  kitablardan, jurnal, dövri mətbuat, standart, lüğət, ensiklopediya, patent, dissertasiya, avtoreferat, elektron resurs və daşıyıcılardan ibarətdir. Kitab fondunda həmçinin nadir, unikal məzmuna malik qədim kitablar, miniatür kitablar və əlyazmalar mövcuddur ki, onların da nəşr tarixi 1820-1910-cu illəri əhatə edir. Kitablar beynəlxalq nəşriyyatlar tərəfindən nəşr olunmuş və rus, ingilis, alman, fransız dillərindədir.

 

 

 

Kitabxana 2018-ci ilin dekabr ayından Azİİ e Kitab Evi adı ilə fəaliyyətini davam etdirir, ADNSU-nun Elmi Şurasının 30.01.2019-cu il tarixli iclasında Əsaslı Kitabxananın bazası əsasında yaradılmış Azİİ e Kitab Evi-nin işinin təşkili və Əsasnaməsi təsdiq olunmuşdur. Azİİ e Kitab Evi Azərbaycan Dövlət Neft Sənaye Universitetinin aparıcı struktur bölmələrindən biri olaraq “Komplektləşmə və sistemləşmə”, ”Elektron resurslar”, “Əməliyyat və xidmət” bölmələri ilə oxuculara  xidmət edir. AR-nın “Kitabxana işi haqqında”, “Təhsil haqqında” qanunlarını, ADNSU-nun əmr və sərəncamlarını, 5 iyul 2016-cı- il tarixində AR-sı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ali təhsil müəsisələrinin kitabxanalarının nümunəvi Əsasnaməsi”ni və Azİİ e Kitab Evi- nin Əsasnaməsini əldə  rəhbər tutaraq kitablar və digər sənəd növləri üzrə fondları formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları muhafizə etmək, elektron resurslar və bazalar, biblioqrafik vəsaitlər sistemi təşkil edərək, oxucuların istifadəsinə verməklə, onların informasiya tələbatını ödəməyə çalışır. Kollektiv “Kitabxana İşi haqqında”AR-nın Qanununun müəyyənləşdirdiyi 5 əsas funksiyanı: -elmi, informasiya, mədəniyyət, təhsil və tərbiyə funk- siyalarını yerinə yetirməyə çalışaraq  tədris illərində ixtisaslaşmış və təsnifləşdirilmiş çox sahəli kitab bazaları və elektron kitablarla, elektron və ənənəvi kataloqlarla, müasir texnologiyalarla təchiz olunmuş oxu zalları vasitəsilə, oxucu istifadəçilərin istifadəsinə verilmiş açıq kitab rəfləri, dövri mətbuat, ardı davam edən nəşrlərdən ibarət  kitab rəfləri, soraq-biblioqrafiya aparatının “İnformasiya aylığı” və “Yeni nəşrlər” rubrikası altında bazaya daxil olan yeni çap məhsullarını nümayiş etdirən sərgilərlə, Kitab Evinin universitet üzrə informasiya təminatçısı olan Ebsco, One Petro, Web.of Sience, Polpred.com, Elgaronline və digər beynəlxalq  nəşriyyat, həmçinin universitet bazaları ilə oxuculara differensial xidmət göstərir. 

 

Kitab Evi 19.06.2017-ci il tarixindən Azərbaycan Kitabxanalararası  Konsorsiumun üzvüdür, həmin Konsorsiumun xətti ilə  “Ebsco” beynəlxalq nəşriyyat bazasının informasiya təminatçısı olmaqla yanaşı bazanın  9000 jurnalı, 25000 jurnal məqaləsi universitet əməkdaşlarının və kitabxana oxucularının tam istifadəsindədir.

  

Kitab Evinin “One Petro” beynəlxalq nəşriyyat bazasına daxil olan 21 nəşriyyat və onların resurs bazalarına da tam çıxış imkanı var.

 

Kitab Evinin istifadə etdiyi elektron bazalarından biri də Rusiya Federasiyasıının ən böyük məlumat axtarış bazası olan “Polpred”.com-dur. Bazanın “Нефт,газ, угол вы РФ и за рубежом” (RF-də və xaricdə neft, qaz, kömür) sahəsi üzrə elektron resurslarına giriş imkanları əldə edilib.

 

  Kitab Evi həm respublika ali məktəb kitabxanaları ilə, həm də xarici universitetlərin kitabxanaları, beynəlxalq nəşriyyatlar ilə  kitabxanalararası informa- siya mübadiləsi aparır.

 

        

 

 

 

 

EBSCO.link. http://search.ebscohost.com              

 

One Petro link. https://www.onepetro.org/

 

Beynəlxalq Valyuta Fondunun elektron kitabxanası (2020-ci il üçün açıq olacaq)    www.elibrary.imf.org

 

"Web.of Science" http://apps.webofknowledge.com/WOS_GeneralSearch_

  

Электронная библиотека АГУНП "AZİİ e-kitab evi" предоставляет читателям доступ к российской базе данных Polpred.com.

 

Rusiya Federasiyasının «INFRA-M» Nəşriyyat Şirkətlər qrupu və «EBS Znanium» elektron kitabxanasının bazası   https://new.znanium.com/catalog/searchext?ptype=8&submitted=1