Практика

ADNSU-nun İƏMD-nin tərkibində fəaliyyət göstərən İstehsalat təcrübəsi bölməsinin fəaliyyəti haqqında qısa məlumat

 

İstehsalat təcrübəsi bölməsi Magistratura səviyyəsi üzrə II kurs üçün (825 nəfər TEMPUS proqramı daxil) Elmi-tədqiqat və Elmi-pedoqoji təcrübələrini, ADNSU-nun 7 fakültə, SABAH MƏRKƏZİ və MBA Proqramlarının IV kursunda təhsil alan tələbələr üçün İstehsalat-təcrübəsi və Fərdi təcrübə, SMİİYİ tələbələri üçün İstehsalat-təcrübəsi, eləcə də bakalavr pilləsi üzrə bütün kurslar üçün İlboyu təcrübələrin təşkilini həyata keçirir. Təcrübələrin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli, 221 nömrəli qərarına uyğun olaraq rəsmi məktublaşma, müqavilə və göndərişlərə əsasən təşkil edilir.

 

Hazırda  İstehsalat təcrübəsi bölməsi 240-dan artıq yerli və xarici, eləcə də dövlət və özəl şirkətlərlə əməkdaşlıq edir.

 

ADNSU-nun İƏMD-nin nəzdində fəaliyyət göstərən İstehsalat təcrübəsi bölməsinə texnika üzrə fəlsəfə doktoru Şahin Göyüşov rəhbərlik edir.